DÜNYA

13 Dekabr

Mini smartfon hazırlanıb

Bakı 13 dekabr Fins.az

“Nokia” şirkəti dekabrın 15-də yeni istehsal etdiyi mini smartfonunu ictimaiyyətə təqdim edəcək.

Bildirilir ki, plastik korpusa malik olacaq qurğu “1440x720” piksel təsvir ölçülü 5,45 düymlük IPS ekranla təchiz edilib. Cihaz 1,4 QHs takt tezlikli naməlum 8 nüvəli prosessora, 2 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir. Məlumatı “Lenta.ru” yayıb.