DÜNYA

12 Dekabr

FAO ərzaq məhsullarının qlobal bahalaşmasının səbəbini açıqlayıb

Bakı 12 dekabr Fins.az

İstər beynəlxalq, istərsə də yerli miqyasda ərzaq qiymətlərinin artması bir sıra amillərdən asılıdır və yalnız dolayı yolla pandemiya ilə əlaqəlidir.

TASS-a açıqlamasında BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Abdolreza Abbassian deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən ilin əvvəlində ərzaq qiymətlərindəki dəyişkənlik qorxularının ümumiyyətlə reallaşmayıb: "Bəli, beynəlxalq səviyyədə son göstəricilər qiymətlərin keçən ilə nisbətən artmasına işarə edir və artmaqda davam edir. Lakin bunun səbəbinin pandemiya olduğunu deyə bilmərik. Bu, amillərin daha mürəkkəb birləşməsinin nəticəsidir: yüksək tələbat, müəyyən məhsul növlərinin tədarükü, makroiqtisadi səbəblər. Bu, pandemiyanın heç bir şəkildə təsir etmədiyi anlamına gəlmir, ancaq bu cəhəti digər aspektlərdən ayırmaq çətindir".