DÜNYA

11 Dekabr

Avropa İttifaqı karbon emissiyası ilə bağlı yeni qərar verdi

Bakı 11 dekabr Fins.az

Avropa İttifaqı karbon emissiyası ilə bağlı hədəflərini yüksəldib.

Fins.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ liderlərinin sammitində növbəti 10 ildə istixana qazı və karbon emissiyası ilə bağlı daha sərt qaydalar tətbiq etmək üçün razılığa gəldiklərini deyib.
“Avropa iqlim dəyişikliyinə qarşı mübarizədə liderdir. 2030-cu ilədək istixana qazı emissiyalarını 55 faiz azaltmağı planlaşdırırıq”, - deyə o bildirib.
Qeyd edək ki, Aİ-nin emissiyaların azaldılması ilə bağlı əvvəlki hədəfi 1990-cı il səviyyəsinə görə 2030-cu ilədək 40 faiz azalma idi.