DÜNYA

11 Dekabr

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verdi

Bakı 11dekabr Fins.az

 

Avropa İttifaqı (Aİ) Ukraynada sabitliyi pozduğu üçün Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların müddətinin daha 6 ay uzadılmasına qərar verib.

Fins.az xəbər verir ki, bu barədə Aİ Şurasının Baş katibi Barend Leyts məlumat verib. O, qərarın Brüsseldə keçirilən Aİ Liderləri Sammiti zamanı verildiyini bildirib.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı ilk iqtisadi sanksiya qərarını 2014-cü ildə vermişdi.