DÜNYA

10 Dekabr

“Sony” 1,2 milyard dollara animasiya şirkəti alır

Bakı, 10 dekabr Fins.az

Yaponiyanın aparıcı elektrik malları istehsalçısı “Sony” şirkəti ABŞ-ın “AT T” şirkətinin törəməsi olan animasiya şirkəti - “Crunchyroll”u 1,175 milyard ABŞ dollarına alır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, razılaşma "Sony"nin törəməsi “Sony Pictures Entertainment”ə “Crunchyroll”un dünyanın 200-dən çox ölkəsində olan 3 milyon ödənişli abunəçisi ilə əlaqə yaratmağa imkan verəcək. Bununla da “Sony” “Netflix” kimi qlobal əyləncə nəhəngləri ilə mübarizə apara biləcək.