DÜNYA

10 Dekabr

Avropa Komissiyası müqaviləsiz Breksitə  hazırlaşır

Bakı, 10 dekabr Fins.az

 

Avropa Komissiyası tərəfindən yayımlanan açıqlamada, Brexit müqaviləsi olmadığı təqdirdə hava və quru nəqliyyatının dayandırılmasının qarşısını almaq üçün müxtəlif həllər etdikləri ifadə edilib.

Cümə axşamı günü verilən açıqlamada, Avropa Komissiyasının, İngiltərə və Avropa Birliyi balıqçılıq və ticarət mövzusunda bir razılığa gələ bilməməsi halında hava və quru nəqliyyatının dayandırılmasının qarşısını almaq üçün müxtəlif həll yolları təklif etdiyi ifadə edilib.

Komissiyanın yayımladığı açıqlamada hava və quru nəqliyyat marşrutları ilə bağlı tətbiqetmələrin 6 ay daha davam edəcəyi vurğulanıb.

Balıqçılıqla əlaqədar olaraq, Komissiya 31 dekabr 2021-ci il tarixinədək və ya İngiltərə ilə balıqçılıq razılığının tez bir zamanda əldə ediləcəyi təqdirdə  qanuni çərçivə yaradılmasını gözləyir. 31 dekabr 2020-ci ildən bu vaxta qədər AB və İngiltərə bir-birinin ərazi sularına qarşılıqlı girə biləcəklər.

Müəllif:Aynur Qəniyeva