DÜNYA

10 Dekabr

Çində ilk dəfə özəl şirkət neft məhsullarının ixracına icazə alıb

Bakı, 10 dekabr Fins.az

Çinin “Zhejiang Petroleum Chemical” şirkəti ölkədə neft məhsullarını ixrac etmək icazəsi verilmiş ilk özəl müəssisə oldu.

“Xinhua”ya xəbər verir ki, ölkənin cənub-şərqindəki Jeciang əyaləti hökumətinin verdiyi məlumata görə, şirkət Sinqapura 37 min tondan artıq benzin yüklənmiş gəmi yola salıb. Cari ildə şirkətin kvotası 1 milyon tondur.

Məlumata görə, bu tədbir ölkədə koronavirus epidemiyası üzündən ifrat dərəcədə artmış neft məhsulları ehtiyatlarını bir qədər boşaltmaq üçün kara gələ bilər.

Qeyd edək ki, adıçəkilən əyalətdə “Zhejiang Petroleum Chemical” şirkətinin fəaliyyət göstərdiyi pilot sərbəst ticarət zonası ölkədə neft-qaz müəssisələrinin ən böyük klasteri sayılır. Mart ayının sonunda hökumət həmin bölgədə neft-qaz sənayesinin bütöv istehsal silsiləsinin, o cümlədən ixracatın tətbiqi üçün bir sıra addımlar təsdiq edib.