DÜNYA

10 Dekabr

Birləşmiş Ştatların neft ehtiyatları 500 milyon barreli ötüb

Bakı, 10 dekabr Fins.az

ABŞ-ın xam neft ehtiyatları kəskin artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 15,2 min barrel (3,1 faiz) artaraq 503,2 milyon barrel olub. Bu, son 8 ayda rekord artım göstəricisidir. Bazar proqnozları isə ehtiyatların 1,5 milyon barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 700 min barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 100 min barrel azalaraq 638,1 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 4,2 milyon barrel (1,8 faiz) artaraq 237,9 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,5 milyon barrel çoxalmışdı.