DÜNYA

07 Dekabr

Brexitdə razılaşma şansının nə qədər olduğu AÇIQLANDI

İrlandiyanın Baş naziri Maykl Martin, Avropa Birliyi ilə İngiltərə arasındakı Brexit danışıqlarında razılığa gəlmə şansının 50-50-ə olduğunu bildirib.

Fins.az xəbər verir ki, iki tərəf arasında ən vacib mübahisələrdən biri olan balıq ovuna dair razılığa ümid olduğu ifadə edilib. 
Son günlərdə çox gərgin anlara səhnə olan Brexit danışıqları, bəzi məsələlərdə razılaşma ümidinə baxmayaraq razılaçmama təhlükəsi ilə irəliləyir.

İngilis Financial Times qəzetinin hesabatına görə, İrlandiyanın Baş naziri Micheal Martin danışıqları , müvəffəqiyyət şansını " 50%-in-50%-ə" olaraq xarakterizə edib.

Bloomberg hesabatında, razılaşmaları dayandıran əhəmiyyətli düyün nöqtəsində irəliləyiş olduğuna diqqət çəkilib. Mövzuya yaxın mənbələrə görə, hər iki tərəf, AB-nin balıq ovunda İngilis sularına girişini tənzimləyən maddə ilə bağlı razılığa yaxınlaşıb və bu, anlaşmanın reallaşması üçün əsas nöqtədir. İki ticarət rejimi arasındakı rəqabətin bərabərləşdirilməsi məsələsi öz həllini gözləyir.