DÜNYA

07 Dekabr

İran ABŞ-la gərinlik fonunda neft tədarükünü artırmağa hazırlaşır

Bakı 7 dekabr Fins.az

ABŞ-da Cozef Bayden dövrü yaxınlaşdıqda, İran neft tədarükünü artırmağa hazırlaşır.

Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki İran Prezidenti Həsən Ruhani, "Neft istehsalımızı sürətlə artırmağa hazırıq" açıqlamasını verib.
İran, ABŞ-da yanvar ayında Cozef Bayden-in vəzifəsini  icra etməsi  ilə başlayacaq yeni bir dövrə hazırlaşır.

Yeni dövrdə İrana tətbiq olunan sanksiyaların azaldılacağı gözləntisi ilə ölkə neft hasilatını artırmağı planlaşdırır. İran Prezidenti Həsən Ruhani, 2015-ci ildəki nüvə anlaşmasından sonra ölkənin neft ixracatını gündə 2 milyon barrelə çatdırdıqlarını və İranın neft istehsalını yenidən sürətlə artırmağa hazır olduqlarını bildirib.

Ruhaninin rəsmi internet saytında Tehranın yaxın 3 ayda mövcud gücü çərçivəsində kəşfiyyat və hasilat üçün neft avadanlığı hazırlayacağı bildirilib.

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında İranla nüvə anlaşmasından çıxdı və İrana qarşı yeni sanksiyalar elan etdi. Bu sanksiyaların təsiri ilə 2017-ci ildə gündəlik 2,6 milyon barel olan neft ixracatı 133 min barrelə geriləyib. İranın bütün neft ixracatı Çinə edilir.

Müəllif:Aynur Qəniyeva