DÜNYA

06 Dekabr

Siklon Primorye diyarına 1 milyard rubldan çox ziyan vurub

Bakı, 06 dekabr Fins.az

Rusiyanın Primorye diyarına noyabrın ortalarında gələn siklon 1 milyard rubldan çox ziyan vurub. Bunu diyarın vitsequbernatoru Vera Şerbina deyib

Onun sözlərinə görə, təkcə energetika və kommunal təsərrüfatına 619 milyon rubl ziyan dəyib. Qəza-bərpa işlərinə 200 milyon rubldan çox vəsait xərclənib. Diyarda fövqəladə vəziyyət rejimi hələ də davam edir. Vladivostok şəhəri və digər ərazilər hələ də elektrik enerjisi ilə tam təmin edilməyiblər