DÜNYA

06 Dekabr

Ən gözəl yeni il yolkası

Bakı, 06 dekabr Fins.az

“European Best Destinations” turizm təşkilatının ekspertləri Avropanın ən gözəl yeni il yolkalarının reytinqini tərtib ediblər. Bildirilir ki, Vilnüs şəhərində quraşdırılmış qeyri-adi yeni il yolkası 2020-ci ildə Avropada ən gözəl yolka elan edilib. Hündürlüyü 24 metr olan yolkanın üzərində LED lampalar quraşdırılıb. Gövdəsi isə metal bloklardan, güzgülərdən və yaxınlıqdakı meşələrdən toplanmış təbii küknar budaqlarından hazırlanıb. Reytinqin ikinci pilləsində Strasburq şəhərində quraşdırılan yolka, üçüncü yerdə isə Praqa şəhərinin yeni il yolkası qərarlaşıb. Xəbəri “Euronews” verib.