DÜNYA

04 Dekabr

İşsizlik artır - Euronews

Bakı, 4 dekabr Fins.az

İspaniyada işsizlərin sayı sürətlə artır. Bunu İspaniyanın Əmək və Sosial Təminat Nazirliyi açıqlayıb. Bildirilir ki, noyabr ayında ölkədə işsizlərin sayında 25 min 269 nəfər (0,6 faiz) artım olub. Bu, 2012-ci ildən bəri ölkədə qeydə alınmış ən yüksək göstəricidir. Ötən ayın yekunlarına əsasən, İspaniyada işsizlərin ümumi sayı 3,81 milyon nəfərə çatıb. Bu, keçən ilin noyabrı ilə müqayisədə 653 min 128 nəfər çoxdur. Məlumatı “Euronews” yayıb.