DÜNYA

04 Dekabr

Şanxay limanı birincidir

Bakı, 04 dekabr Fins.az

Dünyanın ən iri 10 dəniz ticarət limanının yeddisi Çindədir. Bu limanlar konteyner yük daşınması üzrə ixtisaslaşmış ən iri logistika mərkəzləridir. Limanlar Şanxay, Şencen, Ninbo, Quancou, Honkonq, Çindao və Tiencin şəhərlərində yerləşirlər. Çinin biznes və maliyyə mərkəzi hesab olunan Şanxay şəhərindəki eyni liman konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya lideridir. Bildirilir ki, son 5 ildə daşınma həcmi hər il 20 faiz artan limanlara Çin təqribən 55,53 milyard dollar sərmayə yatırıb. Xəbəri “NBP Logistics” verib.