DÜNYA

04 Dekabr

Almaniyada iqtisadi dirçəliş proqnozları üstələyib

Açıqlanan iqtisadi göstəricilərə görə, Almaniya oktyabr ayında iqtisadçıların gözlədiyindən daha yaxşı bir iqtisadi canlanma yaşanıb.

Fins.az xəbər verir əsas iqtisadi göstəricilər oktyabr ayında Almaniya iqtisadiyyatında gözləntilərin üzərində bir canlanmaya işarə edir.

Almaniyanın fabrik sifarişləri, oktyabr ayı ilə müqayisədə 2,9% artaraq gözləntiləri təxminən iki qat artırdı və illik müqayisədə 1,8% artaraq gözləmələri 9 dəfə artırıb.

Bloomberg-in apardığı anketdə iqtisadçılar fabrik sifarişlərinin aylıq 1,5% artacağını, bunun illik bazda 0,2 % artacağını proqnozlaşdırırdılar.

Digər tərəfdən, oktyabr ayı pərakəndə satışları əvvəlki aya görə yüzdə 2,6 artaraq gözləntiləri iki dəfə artıraraq illik bazda  8,2% artdı.

Bloomberg tərəfindən araşdırılan iqtisadçılar pərakəndə satışların orta proqnozunun aylıq 1,2 və illik bazada 5,8% artacağı proqnozunu verdilər.

Satışlarını keçən ilə nisbətən ən çox artıran şirkətlər internet və poçt üzərindən satış edən şirkətlər idi. Satışlarını bir əvvəlki ilə nisbətən yüzdə 29,8 artıran bu şirkətlər nominal olaraq satışlarını 31,1% artırıb

Almaniyadakı İstehsalat Satınalma Menecerləri İndeksi (PMI), eyni ay gözləntilərə uyğun olaraq 58,2 oldu. Noyabr ayında 57.8 olaraq elan edilən İstehsal PMI, iqtisadçıların hər iki aydakı proqnozlarına uyğun gəlib.