DÜNYA

04 Dekabr

Pfizer peyvənd istehsal hədəfini yarıya -ENDİRİB

Almaniyanın Biontech şirkəti ilə birlikdə koronavirusa qarşı peyvənd hazırlayan Pfizer, 2020 peyvənd istehsal hədəfini 100 milyon dozadan 50 milyon doza endirib.
Fins.az xəbər verir ki, bütün dünya koronavirus peyvəndinin veriləcəyi tarixi gözləyərkən, ən güclü peyvənd namizədlərindən birinə imza atan Pfizer, 2020-ci il üçün istehsal hədəflərini endirdi.

Şirkət, əvvəllər 100 milyon doza elan etdiyi 2020-ci il koronavirus peyvəndi istehsal hədəfini 50 milyon doza endirib.Şirkət sözçüsü açıqlamasında aşı istehsalı üçün lazımlı geniş miqyaslı xammal tədarükü prosesi də daxil olmaqla bir çox amilin istehsalın yavaşlamasında təsirli olduğunu bildirib. Digər tərəfdən sözçü şirkətin istehsal miqyasını artırma müddətini başa vurduğunu və şirkətin sürətlə istehsal etdiyini izah edib.