DÜNYA

04 Dekabr

ABŞ 4 Çin şirkətini qara siyahıya saldı

Bakı, 04 dekabr Fins.az

ABŞ Müdafiə Nazirliyi CNOOC neft şirkəti də daxil olmaqla 4 Çin şirkətini Çin ordusu ilə əlaqəli kateqoriyadakı şirkətlər siyahısına daxil etdi. Beləliklə, bu şirkətlərə qarşı potensial sanksiyaların hüquqi əsası hazırlanıb.
ABŞ-da Trump administrasiyası Çinə qarşı son addımlarına yenisini əlavə edib.

Çinli çip istehsalçısı SMIC, neft şirkəti CNOOC, China Construction Technology Co. Ltd. və China International Engineering Consulting Corp. şirkətlərini qara siyahıya aldılar.

ABŞ-da keçirilən prezident seçkilərindən sonra keçid dövründə Tramp Çinə qarşı bir çox qərar verdi. Bu qərarlarda Hong Kong məsələsindən Çinin etnik ayrıseçkiliyinə qədər bir çox faktora istinad edilib.

Qərardan sonra Hong Kong Fond Birjasında əməliyyat görən şirkətlərin səhmlərində kəskin azalmalar olub. 

Çin ordusuna əlaqəli şirkətlərin siyahısı, Trump administrasiyasının bu ilin əvvəlində 31 şirkətlə başlatdığı bir tətbiq idi. İlk siyahıda Huawei, Hangzhou Hikvision Digital Technology Co.