DÜNYA

03 Dekabr

ABŞ Çin şirkətinin pambıq məhsullarının idxalını qadağan edib

Bakı, 03 dekabr Fins.az

ABŞ, Sincan İstehsalat və İnşaat Şirkətindən (XPCC) pambıq məhsullarının idxalını məhkumların işlədilməsi də daxil olmaqla, məcburi əməyin hesabına həyata keçirildiyini əsas gətirərək qadağan edib.Fins.az xəbər verir ki,  ABŞ, iyul ayında etnik və dini azlıqlara qarşı davamlı təzyiq göstərərək, ABŞ şirkətlərini bu bölgədə ticarətlə məşğul olan Çin şirkətlərindən məhsul almamaları barədə xəbərdar edib.
ABŞ məcburi əmək şərtlərini əsas gətirərək Sincan İstehsalat və İnşaat Şirkətindən (XPCC) pambıq məhsullarının idxalını qadağan edib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsindən edilən açıqlamada, Milli Təhlükəsizlik Nazirliyinin, ABŞ-ın bütün limanlarındakı personala XPCC-dən pambıq məhsullarını saxlama təlimatı verdiyi açıqlanıb.

Açıqlamada "Gömrük və Sərhəd Mühafizəsi Ticarət Bürosu, məhkumların istihdamı da daxil olmaqla, məcburi əməylə istehsal edildiyi barədə alındığı ağlabatan məlumatlar əsasında XPCC tərəfindən istehsal olunan pambıq məhsullarına Stop Gömrük Sərəncamının (WRO) tətbiq edilməsi barədə əmr verdi." -deyə bildilir.