DÜNYA

20 Noyabr

Bayden pandemiyaya görə \"iqtisadiyyatı bağlamayacağ\"na  söz verir

Bakı, 20 noyabr Fins.az
ABŞ prezidenti seçilən Joe Biden, yeni növ koronavirus (Kovid-19) alovlanması səbəbindən ölkə daxilində "iqtisadiyyatı bağlamayacağını" bildirib.

Biden, 10 ştat qubernatoru ilə görüşdən sonra verdiyi açıqlamada, “İqtisadiyyatı bağlamayacağam, Virusu məhv edəcəm '' deyə qeyd edib.

Joe Biden, hər ştatın fərqli olduğunu və bu vəziyyətdə ölkə daxilində "iqtisadiyyatın dayandırılmasına ehtiyac olmayacağını" vurğulayıb 

Digər tərəfdən kabinetini formalaşdırmağa başlayan Biden, bu il 26 Noyabrda ABŞ-da qeyd olunan Şükranlıq Günü öncəsi və ya sonra Xəzinədarlıq Nazirliyinə gətirəcəyi şəxsin adını açıqlayacağını bildirib.