DÜNYA

19 Noyabr

BMT 28 milyard dollar istəyir

Bakı, 19 noyabr Fins.az

BMT-nin Baş katibi Antonio Quterreş “G20” ölkələrinin liderlərinə müraciət edərək koronavirusla mübarizə təşəbbüsləri üçün 28 milyard dollar yardım ayrılmasını təklif edib. Bu təklif Quterreşin “G20” ölkələrinin liderlərinə məktubunda yer alıb. O, bu vəsaitin ilkin tələbat üçün lazım olan tibbi məhsulların istehsalı və inkişaf etməkdə olan ölkələrdə baza tibbi xidmətinin təmini üçün istifadə ediləcəyini bildirib. Xəbəri “Euronews” verib.