DÜNYA

19 Noyabr

Apple iOS daxilində reklam göstərməyə başlayıb

Bakı, 19 noyabr Fins.az

Çindən olan şirkətlər (əsasən də Xiaomi) tətbiqlər ilə istifadəçi interfeyslərinin daxilindəki reklamlar barəsində olan tənqidlərə nəzər yetirirlər. İndi isə bu mövzuda olan tənqidlər Apple məhsullarının istifadəçlərindən gəlməyə başlayıb. Bu barədə The Verge saytı xəbər verib. The Verge saytının redaktorlarından biri olan Tom Warren aşkar edib ki, onun iPhone modelinin ayarlar bölməsində reklam elanları ortaya çıxmağa başlayıb. Həmin reklam elanlarında Apple şirkəti kənar servisləri deyil öz servislərini əks etdirir.

 Buna misal olaraq Apple Arcade, Apple TV+ və AppleCare+ servislərini gətirmək olar. Reklam elanlarının göstərilməsini yeni iPhone modelinin alınması ilə əlaqələndirmək olardı. Lakin istifadəçilər xəbər veriblər ki, həmin reklam elanları həmçinin köhnə iPhone və iPad modellərində də ortaya çıxır. Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil. Belə ki, istifadəçilər hələ bir neçə ay bundan öncə iOS və iPadOS əməliyyat sistemləri daxilində reklam elanlarından şikayətçi idilər. Xiaomi reklam elanlarını özünün MIUI interfeysində təqdim edir. Samsung şirkəti isə reklam elanlarını öz tətbiqlərinə inteqrasiya edir.

(c)technote