DÜNYA

17 Noyabr

Biden: ABŞ-da istehsal etməyən şirkətlərlə müqavilə bağlanılmayacaq

Bakı, 17 noyabr Fins.az

Seçilən Prezident Joe Biden, sənaye liderləri ilə görüşərək daha davamlı bir infrastruktur qurmağı və yerli istehsalın artırılmasını hədəflədiklərini bildirib.

Fins.az xəbər verir ki, ABŞ Prezidenti seçilən Joe Biden General Motors və Microsoft-un CEO-su da daxil olmaqla sənaye liderləri ilə görüşüb. Prezident seçilmiş vitse-prezident Kamala Harris-in də daxil olduğu iclas zamanı iqtisadi bərpa planları müzakirə edilib.

Harris daha çox fərqli icmalardakı iqtisadi bərabərsizliklərdən, Biden isə yeni infrastruktur investisiyaları və iş yerlərinin açılmasından bəhs etdi.

"Hamımız iqtisadiyyatın yenidən bərpa olunmasını istəyirik." Biden, Moderna və Pfizer tərəfindən hazırlanan aşıların çox yaxşı bir xəbər olduğunu, ancaq bir peyvənd tapmaq və aşılanmanın iki fərqli şey olduğunu deyib.