DÜNYA

11 Noyabr

İşsizlik göstəriciləri açıqlandı

Bakı, 11 noyabr Fins.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı cari ilin sentyabr ayına olan işsizlik göstəricilərini açıqlayıb.

Hesabat dövründə üzv  ölkələrində işsizlik 7,3 faiz olub.

Məlumata görə, işsizlik cari ilin avqust ayında 7,4 faiz olub. Təşkilat daxilindəki işsizlik pandemiyadan əvvəlki fevral ayına nisbətən sentyabr ayında 2.1 faiz çoxdur.

OECD bölgəsindəki (15-24 yaş) gənclər arasında işsizlik sentyabrda 0,8 faiz bəndi azalaraq 14,6 faizə düşsə də, fevral ayına nisbətən 3,4 faiz bənd çoxdur.