DÜNYA

11 Noyabr

Demokratlar Nümayəndələr Palatasında çoxluğu təmin edir

Bakı, 11 noyabr Fins.az

Demokrat partiyası Nümayəndələr Palatasında çoxluğu təmin etdi, ancaq partiyada parlamentə kimin rəhbərlik edəcəyi ilə bağlı yeni bir mübahisə yaranıb. 

Fins.az xəbər verir ki,Demokratlar iki il daha Nümayəndələr Palatasına nəzarət etməyə hazırlaşırlar, lakin çox kiçik bir fərqlə çoxluğu əldə etməyi bacarıblar.

Associated Press xəbər verir ki, Demokrat Partiyası hazırda Nümayəndələr Palatasında 218 yerə sahibdir və daha çox yer qazanmaq şansına sahibdir. Bu o deməkdir ki, 435 nəfərlik məclis rəhbərliyinin Demokratların rəhbərliyi altında olmasına zəmanət verilir.