DÜNYA

11 Noyabr

Xəlifə bin Salman əl-Xəlifə dünyasını dəyişib

Bakı, 11 noyabr Fins.az 

Associated Press xəbər verir ki, Bəhreynin Baş naziri Şahzadə Xəlifə bin Salman əl-Xəlifə 84 yaşında vəfat edib.

1970-ci ilin yanvarından bu vəzifəni icra etdi. Baş nazir kimi bu qədər uzun müddət çalışmaq dünya rekordu sayılır.

Bəhreyndə baş nazir kral tərəfindən təyin edilir; bunun üçün parlament təsdiqinə ehtiyac yoxdur.