DÜNYA

11 Noyabr

ABŞ-ın neft ehtiyatlarının azalması davam edir - PROQNOZ

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (2-6 noyabr) azalıb.

Fins.az-ın API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 5,15 mln. barel azalaraq 481,858  mln. barelə yaxın təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 900  min barel artacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.