DÜNYA

10 Noyabr

Son 11 illin ən aşağı inflyasiyası

Çində istehlak qiymətləri indeksi oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqaisədə  görə  0,5% artıb. Beləliklə, ölkədə istehlak qiymətlərində  son 11 ildə ən az artım müşahidə edilib. 
Çində Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, istehlak qiymətləri indeksi, ölkənin inflyasiya səbətindəki əsas məhsul olan donuz ətinin qiymətinin düşməsi ilə üç ildə ilk dəfə oktyabr ayında  1-%dən çox ucuzlaşıb.

İstehlakçı qiymətləri indeksi keçən ay əvvəlki ilin eyni dövrü ilə müqaisədə 0,5% artıb və 2009-cu ildən bəri ən yavaş artım olub. Bloomberg sorğusuna qatılan iqtisadçıların orta gözləntisi indeksdə 0,8% artım idi.

Ölkədə istehsalçı qiymət indeksindəki enmə davam edib.İndeks illik bazada 2,1% azalıb. Orta proqnoz 1.9% azalma idi.

Ölkənin inflyasiya səbətindəki əsas istehlak məhsulu olan donuz əti, 2019-cu ilin fevralında ucuzlaşdıqdan bəri ilk dəfə  2,8% düşüb. Keçən il Afrika donuz atəşi səbəbiylə donuz əti qiymətləri kəskin artıb.

Müəllif:Aynur Qəniyeva