DÜNYA

10 Noyabr

Avropa Birliyi 4 mld dollarlıq ABŞ məhsulu üçün tarifləri açıqlayıb

Almaniyanın ABŞ üçün rüsumu təxirə salmaq cəhdləri müvəffəq olmayıb. Avropa Birliyi ABŞ məhsulları üçün 4 milyard dollarlıq  tarif açıqlayıb. Bundan əvvəl ABŞ rəhbərliyi də Airbus-a verdiyi dəstəyi əsas gətirərək AB-yi  tarif elan edib.Fins.az xəbər verir ki., AB tarifləri əksər Boeing təyyarələrinə 15% nisbətində tətbiq ediləcək. Bundan əlavə, ABŞ-ın bir çox məhsuluna, içkilərdən qoz-fındıqa, traktorlardan video oyunlara qədər yüzdə 25-lik bir tarif gətirilib.

AB Ticarət Komissarı Valdis Dombrovskis bazar ertəsi günü, ABŞ-ın 2019-cu ildə tətbiq etdiyi 7,5 milyard dollarlıq AB məhsuluna vergiləri ləğv edəcəyi təqdirdə birliyin tarifləri qaldıracağını bildirib.

"Biz ABŞ-ı hər iki tərəfdəki mövcud tarif tədbirlərini dərhal ləğv etməyə çağırırıq" deyib Dombrovskis. "Bu tariflərin ləğvi hər iki tərəf üçün gəlir əldə etmək demək olacaq."