DÜNYA

09 Noyabr

Yaponiya və Çin hökumətləri arasında razılıq əldə olunub

Bakı, 09 noyabr Fins.az 

RİA “Novosti”nin yaydığı məlumata görə, noyabrın ortalarından başlayaraq, Yaponiya və Çin hökumətləri koronavirus pandemiyası səbəbindən iki ölkənin vətəndaşlarına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə razılığa gəlib. Bildirilir ki, bu yumşaldılma yalnız işgüzar və biznes səfərlərinə tətbiq olunacaq

Mənbə qeyd edir ki, oktyabrın 1-dən koronavirus pandemiyasına görə xarici vətəndaşların Yaponiyaya gəlişinə qoyulan məhdudiyyətlər də yumşaldılıb. Bu yumşalmalar gündoğar ölkədə uzun müddət qalmaq hüququna malik olanlara, həmçinin səhiyyə, təhsil, mədəniyyət və işgüzar dairələrin nümayəndələrinə tətbiq edilib. Bu qayda Yaponiyada təhsil alan əcnəbi tələbələr da şamil olunub. Bununla yanaşı, bu yumşaldılmalar turizm sahəsi üçün nəzərdə tutulmayıb. Bildirilir ki, son aylar Asiya-Sakit Okean regionunun koronavirusun yayılmasının sabit olduğu 16 ölkəsi ilə yumşaldılmaların tətbiqini araşdıran Yaponiya hökuməti bunun ilk növbədə ölkədə uzun müddət qalmaq səlahiyyəti olan biznes dairələrə aid olacağı bildirilir. Yumşaldılma həmin siyahıya daxil olan Vyetnam, Tailand, Malayziya, Kamboca, Laos, Myanma və Sinqapur vətəndaşlarına artıq şamil edilib. Bununla bərabər, Koreya Respublikası, Avstraliya, Yeni Zelandiya və bir sıra digər ölkələrlə də müvafiq danışıqların aparıldığı bildirilir. Xatırladaq ki, Yaponiya hökuməti koronavirus pandemiyasına görə ABŞ, Avropa İttifaqı və Cənub-Şərqi Asiya ölkələri, həmçinin Çin, Rusiya, Azərbaycan, Belarus və Ukrayna da daxil olmaqla 160 ölkədən vətəndaşların gəlişinə məhdudiyyət qoyulub.