DÜNYA

06 Noyabr

Artıq 100-ə yaxın şirkət Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə edib

Son həftələrdə ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş icazə lisenziyasını daha çox şirkətə verir. Ümumi hesabata əsasən Huawei ilə əməkdaşlıq üçün 300 şirkət sorğu göndərib. Onların 1/3-i isə artıq əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib. İcazə lisenziyasını əldə etmiş şirkətlər arasında AMD, Intel, Samsung Display və Sony kimi şirkətlər var. Lakin Qualcomm şirkəti hələ də gözləmə mərhələsindədir.

    Bir neçə müddət bundan öncə Qualcomm şirkətinin general direktoru Steven Mollenkopf, 2020-ci maliyyə ili üzrə şirkətin biznesindən danışarkən rəsmi olaraq təsdiqləmişdi ki, Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasının alınması üzrə Qualcomm şirkəti ABŞ hökumətinə müraciət edib. Lakin Qualcomm-a ABŞ hökumətindən hələ rəsmi bir cavab verilməyib.

(c)technote