DÜNYA

06 Noyabr

Koç Holding üçüncü rübdə iki qat qazanc əldə edib

Koç Holding'in üçüncü rübündə mənfəəti əvvəlki ilin eyni dövrünə görə 114% artaraq 2,31 milyard TL olub.

Fins.az xəbər verir ki,analitiklər, üçüncü rübdə holdinqin 1,48 milyard TL qazanc əldə etməsini gözləyirdi.

Üçüncü rübdə Koç Holding, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 114%, əvvəlki rüblə müqaisədə 140% nisbətində xalis mənfəət artırıb. Holdinqin mənfəəti, üçüncü rübdə 1.48 milyard TL olaraq təyin olunan gözləntiləri aşaraq 2.31 milyard TL olaraq qeyd edilib. Eyni dövrdə holdinqin xalis satışları illik 31% artaraq 51,8 milyard TL-yə yüksəldi.

Şirkətlərin göstəriciləri holdinqin mənfəətini gözləntilərin üzərində etmək üçün təsirli oldu.

Garanti Yatırımın holdinqin üçüncü rübünün balans təhlilinə görə, Koç Holdinqin böyük bir hissəsi ictimaiyyətə açıq olan enerji, bank işi, avtomobil və istehlakçı davamlı seqmentləri də gözləntilərdən daha yaxşı nəticələr verib.

Müəllif: Aynur Qəniyeva