DÜNYA

06 Noyabr

Xiaomi iPhone12 üçün şarj aləti istehsal edəcək

Apple-ın iPhone12 qutusundan şarj alətini ləğv etməsindən sonra bir sıra texnoloji şirkətlər hərəkətə keçib.

Fins.az ted.az-a istinadən bildirir ki, bunu nəzərə alan Xiaomi şirkəti iPhone 12 üçün şarj aləti istehsalına başlayıb.

Xiaomi-nin sözügedən şarj aləti qiymətinin 5 dollar olması ilə diqqət çəkib. Cihaz birdən çox enerji protokoluna sahib olduğu üçün digər şirkətlərin istehsal etdiyi smartfonlara da uyğun gəlir.

20W-luq ağ rəngli şarj aləti 43,8 qram ağırlığa sahibdir.

Qeyd edək ki, sözügedən şarj aləti ilk dəfə Çində satışa çıxarılacaq.