DÜNYA

04 Sentyabr

Apple şirkəti suda üzən ilk fiziki mağazasını Sinqapurda açır

Apple yenilikləri ilə fərqlənən bir şirkətdir. Sinqapurda açmağa hazırlandığı 3-cü fiziki mağazası digərlərindən bir xeyli fərqlənəcək. Apple Marina Bay Sans adının verildiyi yeni mağaza su üzərində üzəcək. Gündüz vaxtı fərqli dizayna malik teatr mərkəzi kimi görünsə də əsas fərqi axşam hava qaralmağa başladıqda ortaya çıxır. Fərqli işıqlandırma sisteminə malik olan mağazanın daxili dizaynının necə olduğu isə hələlik bilinmir. 

Qeyd edək ki, Apple şirkətinin Sinqapurda Orchard Road və Apple Jewel Changi Airport olmaqla 2 ədəd fiziki mağazası var. Yeni açılan mağaza isə bunlardan 3-cüsü olacaq. Apple tərəfindən verilən məlumata görə yeni fiziki mağaza gündüz vaxtı Downtown Core-un üfüq xəttini və suyun yansımasını əks etdirəcək. Gecə isə Sinqapurun Ay Festivalı ərəfəsində istifadə edilən ənənəvi fənərlərə bənzəyəcək. Technote olaraq onu deyə bilərək ki, yeni fiziki mağaza bizi məst etdi. Daxili dizaynının necə olduğu eyni qədər maraqlıdır.