Yaponiyada sənaye istehsalı ardıcıl ikinci ay böyüyür
Fins.az xəbər verir ki, Yaponiyada iyul ayında sənaye istehsalı 8% artıb. May ayında Yaponiyada sənaye istehsalının 2013-cü ilin yanvar ayından bəri pandemiyanın təsirləri ilə ən aşağı səviyyəyə endiyini və 8.4% azalma göstərdiyini qeyd etmək lazımdır.
Eyni zamanda, Yaponiyanın iyul ayında pərakəndə satışları, yeni koronavirusun yayılması nəticəsində yaranan problemlər səbəbindən bir il əvvəlki ayla müqayisədə 2.8% azalıb.
Bu göstərici bir neçə aydır ardıcıl olaraq azalmaqdadır, lakin eniş dinamikası yavaşladı - may ayında pərakəndə satışda azalma 12,3% təşkil edib.