Səudiyyə Ərəbistanının Əl-Cəvf bölgəsində qaz, Əbrak ət-Turuk bölgəsində isə qaz və neft yatağı tapılıb.
Fins.az xəbər verir ki, bu barədə ölkənin Energetika naziri Əbdüləziz bin Salman məlumat yayıb.
O bildirib ki, yeni yataqdan gündəlik 3,2 min barrel neft çıxarmaq mümkün olacaq.
Nazir bu istiqamətdə araşdırmaların davam edəcəyini vurğulayıb.