DÜNYA

28 Avqust

Tramp özünü Linkolnla müqayisə etdi

ABŞ Prezidenti Donald Tramp özünü keçmiş prezident Avraam Linkolnla müqayisə edib.

Fins.az xəbər verir ki, Tramp bunu Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı səsləndirib.

Trampın fikrincə, o, afroamerikalılar üçün Linkoln da daxil olmaqla digər ABŞ prezidentlərindən daha çox işlər görüb.

“Afro-Amerikan icması üçün Baydenin 47 ildə etdiyindən daha çox şeylər etmişəm. Təkrar seçildikdən sonra daha da yaxşı olacaq”, - prezident bildirib.