DÜNYA

27 Avqust

“TikTok”un rəhbəri istefa verdi

Məşhur “TikTok” video xidmətinin icraçı direktoru Kevin Mayer Prezident Donald Trampın tətbiqi qadağan edəcəyi ilə bağlı hədələrindən sonra istefa verdiyini açıqlayıb.

Fins.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Mayerin istefasına səbəb Trampın “TikTok”la bağlı imzaladığı fərman olub. Belə ki, fərmanda “TikTok” tətbiqinin yaradıcısı “ByteDance” şirkətinin 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması şərt qoyulub. Həmçinin bildirilib ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.