DÜNYA

27 Avqust

Ərdoğandan Trampa: Gərginlik yaradan biz deyilik!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Fins.az xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələrlə yanaşı, Şərqi Aralıqdakı vəziyyət başda olmaqla, regiona məsələlər müzakirə edilib.

Ərdoğan Şərqi Aralıqda qeyri-sabitlik yaradan tərəfin Türkiyə olmadığını, gərginliyin azaldılmasının və dialoq tərəfdarı olduğunu bir daha xatırladıb.