Çin ABŞ-dan rekord miqdarda soya idxal etməyə hazırlaşır
Fins.az -ın məlumatına görə, Bloomberg mövzuya yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Çin bu il aşağı qiymətlərdən dəstək alır və birinci mərhələ ticarət razılaşmasında götürdüyü öhdəliklər daxilində rekord sayda Amerika soyasının alışı üçün hazırlaşır.
ABŞ-dan ümumi idxalın 2020-ci ildə böyük ehtimalla 40 milyon ton olacağı ifadə edilib. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə bu səviyyə 2017-ci il ticarət razılaşmasının illik baza səviyyəsindən 25 faiz çoxdur.
ABŞ və Çinin yüksək səviyyəli rəsmiləri bu həftəki görüşlərində birinci mərhələ razılaşmasına sadiq olduqlarını və tərəflər arasındakı gərginliyin Hong Kongdan məlumat təhlükəsizliyinə qədər bir sıra mövzularda dərinləşməsinə baxmayaraq, əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqləyiblər.
Müəllif:Aynur Qəniyeva