DÜNYA

26 Avqust

Almaniya milyonlarla iş yerinin qorunması üçün dəstək proqramını genişləndirib

Almaniyada kansler Merkelin koalisiyası pandemiya zamanı milyonlarla iş yerinin qorunması üçün dəstək proqramını genişləndirib.
Fins.az "Bloomberg"-ə istinadən xəbər veir ki, Almaniya Avropanın ən böyük iqtisadiyyatının koronavirus böhranından qurtulmasına kömək edəcək proqramı genişləndirərək milyonlarla insanın işini itirməsinin qarşısını alıb

Kansler Angela Merkelin koalisiyası çərşənbə axşamı Berlində  iş qorunması üçün dəstəyin 2021-ci ilin sonuna qədər uzadılması qərarını təsdiqləyib. Alman dilində "Kurzarbeit" adı ilə tanınan və əvvəlcə 12 ay davam etməyi nəzərdə tutan təşviqat, şirkətlərə maaşlarının çox hissəsini ödəməklə iqtisadi şok zamanı işçilərini saxlamağa imkan verir.

Maliyyə Naziri Olaf Scholz, federal hökumətin uzadılma xərcinin gələn il 10 milyard avro (11,8 milyard dollar) olacağını gözləyir.

O bildirib ki,bu anda diqqət iqtisadiyyatı sabitləşdirməkdir. Biz Almaniyanı böhrandan başqa ölkələrə nisbətən daha yaxşı çıxartmağa kömək edərək sürətli və hərtərəfli hərəkət etdik

On il əvvəl, Scholz əmək naziri olduğu dövrdə Almaniya, kollektiv ixtisarların qarşısını almaq,maliyyə böhranını aradan qaldırmaq üçün təşviq proqramından istifadə edib. Münhendə yerləşən Ifo İqtisadi Tədqiqatlar İnstitutunun məlumatlarına görə, iyul ayında bu proqramdan 5,6 milyon insan faydalanıb, may ayında 7 milyon.

Müəllif:Aynur Qəniyeva