DÜNYA

26 Avqust

Dünyanın ən böyük ölkələrinin borcu rekord səviyyəyə çatıb

Ən böyük iqtisadiyyata sahib ölkələr koronavirus pandemiyasına qarşı mübarizə xərclərini artırırlar. Nəticədə, milli borcları İkinci Dünya Müharibəsindən bəri rekord səviyyəyə çatıb

Fins.az xəbər veir ki, bu barədə  Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən The Wall Street Journal yazır.

Məlumata görə,  2020-ci ilin iyul ayında inkişaf etmiş ölkələrdə dövlət borcu dünya ÜDM-in 128 faizinə bərabər idi. 1946-cı ildə bu rəqəm yüzdə 124 idi. ABŞ Prezidenti George W. Bush yanında İqtisadi Şuranın keçmiş rəhbəri Glenn Hubbard, hökumətlərin borcların artmasından narahat olmamalı olduğunu deyib. Virusun yoluxma sürətinə nəzarət etmək daha vacibdir və müharibə ilə bənzətmə tamamilə doğru olduğunu bildirib.
Qeyd edilir ki, II Dünya Müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc səviyyələrini sürətlə azalda bildilər. 1959-cu ildə borcun ÜDM-ə nisbəti yarıdan çox azalaraq yüzdə 50-dən az oldu. Ancaq bu dəfə belə nəticələr əldə etmək daha çətin olacaq, deyə qəzet qeyd edir. Bunun səbəbləri əhali artımının yavaşlaması, işçi qüvvəsinin azalması və məhsuldarlığın azalmasıdır.
İyul ayında məlum olub ki, Rusiya Maliyyə Nazirliyi yaxın beş il ərzində milli borcunu artırmağı planlaşdırır, lakin onu ÜDM-in 20 faizindən yuxarı qaldırmaq niyyətində deyil. Bu ilin 1 iyul tarixinə milli borcun həcmi 14,8 trilyon rubla və ya 13%-ə çatıb.

Müəllif:Aynur Qəniyeva