"Facebook" Fransa dövlətinə son on ildə korporativ vergi ilə bağlı əlavə 106 milyon avro ödəyəcək.
Fins.az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"Vergi öhdəliklərimizi ciddiyə alırıq, fəaliyyət göstərdiyimiz bazarlarda vergi ödəyirik və yerli vergi orqanları ilə sıx işləyirik", - şirkətdən xəbər verilib.
Bildirilir ki, ödəmələr 2009-2018-ci illər üçün əlavə vergilərə aiddir.