Çin Amerika neftinin rekord sayda partiyasını almağa hazırlaşır.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sentyabr ayına olan məlumata görə, Çin şirkətləri ABŞ-dan tədarük üçün ümumi tutumu 37 milyon barel olan 19 tanker icarəyə götürəcək.
Çin, yanvar ayında bağladığı ticarət sövdələşməsinin "ilk mərhələsi" ni yerinə yetirmək üçün ABŞ mallarının alışını artırır. Çindən iki il ərzində 200 milyard dollar dəyərində Amerika məhsulları, o cümlədən 52 milyard dollar dəyərində xammal almaq tələb olunur.