ABŞ-da, Prezident Trump-ın Tiktok-u ABŞ firmasına satması ilə bağlı fərman imzaladıqdan sonra, yaxın həftələrdə Tiktok-un ABŞ rəhbərliyini məhkəməyə verməyi planlaşdırdığı təsdiqlənib.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,TikTok-un verdiyi açıqlamada bildirilir ki,qanunun aliliyinə məhəl qoyulmamasını və şirkətimizə və istifadəçilərimizə ədalətli rəftar edilməsini təmin etmək üçün məhkəmə orqanları vasitəsilə müraciət etməkdən başqa çarəmiz yoxdur
Qeyd edək ki, Trump-ın avqustun 6-da verdiyi inzibati sərəncama əsasən, Çin ByteDance-in ABŞ-ın yurisdiksiyası daxilindəki bütün əməliyyatlarının 45 gün ərzində qadağan ediləcəyi bildirilir.
Avqustun 14-də yayımlanan başqa bir qərarda, ByteDance-a ABŞ-ın TikTok əməliyyatlarını ləğv etmək üçün 90 gün vaxt verilib.
Müəllif:Aynur Qəniyeva