ABŞ Prezidenti Donald Trampın seçki qərargahı, Respublikaçılar Partiyası və digər iki əlaqəli komitə 2017-ci ildən bəri hazırkı dövlət başçısının təkrar seçki kampaniyasına 1 milyard dollardan çox pul xərcləyib. Bu da prezident yarışılarında rekord məbləğdir.
Bu barədə “Vaşınqton Post” qəzetindəki müvafiq maliyyə hesabatlarını təhlil edən məqalədə bildirilib.
Qeyd olunub ki, Tramp 2017-ci ildə vəzifəyə gəldikdən sonra yenidən seçki kampaniyası üçün vəsait toplamağa və xərcləməyə başlayib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrın 3-də keçiriləcək.