Çinli milyarder Cek Ma-nın Ant Qrupu Hong Kong və Şanxayda ikiqat listinqi etməyi planlaşdırır. Buna görə şirkətin qiymətləndirməsi 225 milyard dollara çata bilər.
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, mövzuya yaxın mənbələrdən verilən məlumata görə, milyarder iş adamı Cek Ma Ant qrupu gələcək həftələrdə eyni vaxtda Hong Kong və Şanxayda Birjaya çıxarmağı planlaşdırır.
225 milyard dollar dəyərində qiymətləndiriləcəyi gözlənilən açıq təqdimatda, bazar şərtləri uyğun olarsa, səhm satışından 30 milyard dollar toplanıla biləcəyi ifadə edilib.
Hangzhou mərkəzli şirkət, oktyabr ayından etibarən səhmlərinin həm Hong Kong, həm də Şanxayda texnoloji əsaslı Star birjasında eyni vaxtda satılmasını istəyir.
Qeyd edək ki, Ant Group Mart ayında 1.3 milyard dollar qazanc əldə etmişdi. Şirkət 30 milyard dolları ikiqat siyahıya salsa, bu, Saudi Aramco'nun 29 milyard dollarlıq rekordunu üstələyəcək.
Ant Group-un bazar dəyəri, Goldman Sachs və Morgan Stanley'-in birgə dəyərindən çox ola bilər.
Müəllif:Aynur Qəniyeva