Tiflislə Moskva arasındakı hava əlaqəsi Rusiya tərəfinin qərarı ilə kəsilib, lakin Gürcüstan onun bərpasında maraqlıdır.
Fins.az xəbər verir ki,bu barədə cümə günü TASS-a Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abashidze məlumat verib.
Məlumata görə Abashidze bildirib ki, hava əlaqəsi Gürcüstan tərəfinin təşəbbüsü ilə kəsilməyib. Bunu Rusiya tərəfi həyata keçirib.. Biz müntəzəm əlaqənin bərpasında maraqlı idik. Rusiya tərəfi uçuşları bərpa etmək istəyirsə, bu məsələni gündəliyə salmağa hazırıq, amma hər şey əlbəttə ki epidemiyanın vəziyyətindən asılıdır
O, bu mövzunu Praqada keçiriləcək Federasiya Şurasının üzvü Qriqori Karasin ilə növbəti iclasda qaldıracağını əlavə edərək qeyd edib ki, sentyabrda görüşməyi planlaşdırırıq, amma görüşümüz epidemiya vəziyyətindən asılıdır. Dəqiq tarix hələ məlum deyil. Bir-birimizlə ünsiyyət baxımından heç bir problemimiz yoxdur. Əlbəttə ki, əlaqənin bərpa olunma ehtimalını müzakirə edəcəyik.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı nəşr olunan "Trud" qəzetinə verdiyi müsahibədə Moskvanın Gürcüstandakı vəziyyətini yaxından izlədiyini və yaxın gələcəkdə bu ölkə ilə hava nəqliyyatının bərpa olunacağına ümid etdiyini deyib.
Müəllif:Aynur Qəniyeva