Ağ Ev nüvə silahına nəzarət mövzusunda Çinin Rusiya ilə danışıqlara məcburi şəkildə daxil edilməsi barədə iddiasını geri çəkib.
Portal ABŞ Prezidentinin silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqslinin sözlərini sitat gətirib.
“Tramp administrasiyası artıq Çinin nüvə silahına nəzarət danışıqlarında iştirak etməsini istəmir. Hazırda rəhbərlik qarşısına Rusiya ilə siyasi razılaşmanın əldə edilməsi məqsədini qoyub.
Müqavilə bağlandıqdan sonra isə Çinin danışıqlarda iştirakı və nəticədə razılaşmaya qoşulması üçün ABŞ bu ölkəyə təzyiq göstərəcək”, - deyə Billinqslinin bəyanatında bildirilir.