Almaniyada "zombi" şirkətlərinin sayı durmadan artır, bu isə iqtisadiyyatının inkişafına mənfi təsirlər göstərir və gələcək iqtisadiyyatın sarsılması ilə nəticələnə bilər.
Fins.az Financial Times istinadən xəbər verir ki, minlərlə bu tip şirkətlər gəlirləri sayəsində öz borclarını və xərclərini bağlaya bilmirlər. Almaniya hökümətin mart ayında verdiyi qərara əsasən, pandemiya dövründə şirkətlər öz iflasını elan edə bilməz. Bu səbəbdən bu şirkətlər çətin durumdadılar. Nazir Kristin Lambrext bu qərarı 2021-cü ilin mart ayına qədər uzatmaq niyyətindədir. Lakin, bir cox iqtisadiyyat ekspertləri hesab edirlər ki, bu qərar yalnışdır və "zombi" tipli şirkətlərə özləri müflis elan edilməsinə şərait yaradılmalıdır. Səbəb isə həmin bu şirkətlərə dövlət tərəfindən kifayyət qədər vəsaitin güzəşt formasında ayrılmasıdır və bu hal ümumi ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Hesablamalara görə 550 min alman şirkəti (hər 6-dan biri) bu tip şirkətlər sırasına daxil olmağa yaxınlaşir. Xatırladaq ki, Almaniyanın iqtisadiyyatı aprel-iyun aylarında 10,1 % azalıb, bu azalma 1970-ci ildən sonra ən yüksək göstəricidir. İşlislik səviyyəsi isə iyul ayında 6,4% təşkil edib.