DÜNYA

21 Avqust

Zuckerberg facebook-a görə ifadə verib

Facebook rəhbəri Mark Zuckerberg, ABŞ Federal Ticarət Komissiyasında (FTC) bu həftə Facebook-a qarşı antimonopoliya iddiasında məhkəmədə ifadə verib. Fins.az -ın  məlumatına görə, bu barədə cümə axşamı "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Dediyinə görə, dinləmələr iki gün ərzində uzaq formatda keçirilib. Qəzetin həmsöhbətlərindən birinin verdiyi məlumata görə, iclasda bəzi dövlət administrasiyalarının nümayəndələri iştirak edib. Nəşr Zuckerberg-in ifadələrinin məzmununu yayımlamayıb.

"Biz istintaqda ABŞ Federal Ticarət Komissiyası ilə işləmək niyyətindəyik və ortaya çıxa biləcək bütün suallara cavab verməyə hazırıq" deyə Politico şirkətin sözçüsü Chris Sgro-nun ifadəsindən sitat gətirir.

Öz növbəsində CNBC kanalı şirkətə istinadən bu məlumatı təsdiqləyib.

İyulun sonlarında ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin Antimonopoliya Siyasəti Alt Komitəsi Amazon, Facebook, Apple və Google şirkətlərinin işlərinin xüsusiyyətləri ilə bağlı dinləmələr keçirib. Sözügedən alt komitənin sədrinin sözlərinə görə, Devid Sisilini (Rhode Island-dan olan Demokrat) şirkət rəhbərləri konqresmenlərin suallarını cavablandıraraq, alt komitə üzvləri arasında narahatlığa səbəb olan hərəkətlərə yol verdiklərini etiraf ediblər.

2019-cu ilin iyul ayında Amerika səlahiyyətlilərinin, antimonopoliya qanunlarının pozulmalarının olub olmadığını yoxlamaq üçün yuxarıdakı dörd şirkət üzərində geniş araşdırma başlamağa hazırlaşdıqları məlum oldu. Reuters-in məlumatına görə, məhkəmə prosesindəki səlahiyyətlər, Amazon və Facebook’u ələ alan ABŞ Federal Ticarət Komissiyası və Apple və Google ilə əlaqəli Ədliyyə Nazirliyi arasında bölünəcək. Eyni zamanda, ABŞ Nümayəndələr Palatasındakı millət vəkilləri öz araşdırmalarına başladıqlarını elan ediblər.

Müəllif:Aynur Qəniyeva